Pakistanda bərənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb

img

04-07-2019 [13:16]


Pakistanın şimalındakı Tarbella gölündə 50 sərnişin daşıyan bərənin qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Samaa" telekanalı məlumat verib.

Bildirilib ki, bərə göyərtəsində çox sayda sərnişin olması səbəbindən aşıb. Səkkiz nəfərin, o cümlədən iki qadının meyiti tapılıb. Telekanal beş sərnişinin xilas olduğunu qeyd edir.

İtkin düşmüş sərnişinlər axtarılır. Hadisə yerində xilasedicilər, polis və Pakistan ordusunun dalğıcları çalışırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR