Valeri Qazzayev "Neftçi" və "Ararat"ın Rusiya Premyer Liqasında çıxış etməsini istəmir

img

04-07-2019 [12:24]


"Fikrimcə, xarici klubların Rusiya Premyer Liqasına inteqrasiyası məqsədəuyğun deyil. Birincisi, beynəlxalq arenada kvotanı nəzərə almalıyıq”.

"Report” xəbər verir ki, bunu tanınmış futbol məşqçisi Valeri Qazzayev "Sport-Ekspress”ə MDB klublarının Rusiya Premyer Liqasına cəlb olunması ilə bağlı ideya haqda danışarkən deyib.

64 yaşlı mütəxəssis bu variantın əleyhinə olduğunu bildirib. O, Qazaxıstanın "Astana” və Belarusun BATE kimi klubların milli çempionatlarında qalmağa üstünlük verəcəyini düşünür: "Aydındır ki, Rusiya çempionatına keçərkən, xarici klublar avrokuboklarda iştirak etmək imkanlarını demək olar itirəcəklər. Əlavə kvotanı isə heç kim verməyəcək. Yaxınlarda "Astana” Çempionlar Liqasının qrup mərhələsində oynayırdı, BATE "Bavariya” və "Yuventus”a qalib gəlib. Məgər onlar və azarkeşləri bundan imtina etməyə hazırdırlar? İkincisi, SSRİ dövründə bir ölkə və bir milli futbol federasiyası vardı. Bəs indi necə olsun? Hazırda hər bir dövlətin çempionatının inkişafınaqayğı göstərən öz federasiyası var. Haradasa bu proses fəal gedir. Məsələn, Qazaxıstanda.

Qazzayev ideyanın MDB ölkələrinə sərf etmədiyini vurğulayıb: "Belarus çempionatından BATE və ya "Dinamo”u (Minsk), Azərbaycandan "Neftç”, Ermənistandan "Ararat”ı, Qazaxıstandan "Tobol”, "Astana” və ya "Kayrat”ı götürsək, yerli futbol çökəcək, tamaşaçı marağı dərhal aşağı düşəcək və inkişaf əvəzinə tənəzzül olacaq. Bu qonşularımızın nəyinə lazım? Şimali Amerikada MLS kimi qapalı liqa variantı da var. Deyəsən, orada klublar iştirak üçün böyük vəsait ödəyirlər. Belədə isə avrokubokdan söhbət gedə bilməz. Çünki UEFA qapalı liqaların əleyhinədir”.

Qeyd edək ki, daha öncə Rusiya MOİK-inin prezidenti Yevgeni Qiner Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasından sonra Premyer Liqaya xarici komandalar dəvət edərək çempionatı genişləndirmək fikrini irəli sürüb. Hazırda Rusiya çempionatında 16 komanda yarışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR