Sabah “Azercell Telekom”un bəzi xidmətlərində problemlər yaşana bilər

img

04-07-2019 [12:03]


"Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar iyulun 5-i tarixində, gecə saatlarında bəzi xidmətlərin istifadəsində çətinliklərin yaşanması mümkündür.

"Report” bu barədə şirkətin dövlət qəzetinə verdiyi elanında qeyd edilib.

Məlumata görə, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bütün xidmətlərin tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin ediləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR