"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib - RƏSMİ

04-07-2019 [11:16]
"Qarabağ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. 

Mia.az xəbər verir ki, sol cinah müdafiəçisi Ailton Ferreyra Silva ilə anlaşma əldə olunub. Müqavilə üzrə Almaniya "Ştutqart”ına məxsus olan 24 yaşlı braziliyalı oyunçu bir illik icarəyə götürülüb. 

Qeyd edək ki, "Qarabağ" daha əvvəl hücumameylli Xayme Rodrigesi transfer edib. 


SON XƏBƏRLƏR