"Səbail" klubunun Avropa Liqasındakı rəqibi əvvəlki adını özünə qaytarıb

img

04-07-2019 [10:29]


Səbail" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Rumıniyanın "Krayova" klubu əvvəlki adı "Universitatya"nı özünə qaytarıb.

"Report"un məlumatına görə, bu barədə Rumıniya Futbol Federasiyasının (FRF) İcraiyyə Komitəsi qərar çıxarıb. Qərara əsasən, "Krayova" yarışlar zamanı "Universitatya" adından yararlana bilər.

2011-ci il iyulun 20-də FRF "Universitatya"nı ölkə çempionatından müvəqqəti kənarlaşdırıb. Səbəb kimi klubun sabiq baş məşqçisi Viktor Pitsurke ilə idman mübahisəsini vətəndaş məhkəməsində həll etməklə, federasiyanın əsasnaməsini pozması göstərilib. 2014-cü ildə bu klub dağılıb və onun əvəzinə "Krayova" yaradılıb.

Qeyd edək ki, "Səbail" ilk oyunu iyulun 11-də evdə, cavab görüşünü isə iyulun 18-də səfərdə keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR