Prezident iki nazirliyə yeni səlahiyyət verdi - Sərəncam

03-07-2019 [18:13]
Prezident İlham Əliyev "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə cəzalandıracaq iki nazirlik müəyyənləşib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.2 maddəsində nəzərə tutulan həmin inzibati xəta ilə bağlı protokol inzibati xətanı aşkar etmiş qurumlar - İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunacaq. 


SON XƏBƏRLƏR