Deputatlar iyulun 9-da hansı qanunlara dəyişiklik üçün toplanır? - Siyahı açıqlandı

03-07-2019 [17:13]
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Mia.az "Report"a istinadla xəbər verir ki, iyulun 9-da keçiriləcək toplantının gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında" qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxacaqlar.


SON XƏBƏRLƏR