Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə avtoyürüşlər keçirilib

img

03-07-2019 [18:34]


Gürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə avtoyürüş keçirilib.

"Report”un yerli bürosu xəbər verir ki, "Qaxaria get”, "Rusiya işğalçıdır” şüarı altında keçirilən etiraz yürüşünü müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfdarları və ictimai fəallar təşkil ediblər.

Paytaxtın Birinci Respublika meydanından başlayan avtoyürüş hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə qədər davam edib.

Analoji aksiya Qori, Zuqdidi və Telavi şəhərlərində də keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR