“Azəriqaz” Maştağada Səyyar ASAN xidməti göstərəcək

img

03-07-2019 [16:58]


Bu ilin iyulun 1-dən etibarən Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir.

Mia.az "Azəriqaz”a istinadla bildirir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir. Səyyar ASAN Maştağa qəsəbəsi Mədəniyyət parkının yanında təşkil ediləcək və xidmətin müddəti iyulun 31-dək davam edəcək.

Maştağa qəsəbəsi ilə yanaşı, Nardaran və Ramana qəsəbələrinin sakinləri də bu layihə çərçivəsində, sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, müqavilələrin bağlanması, itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi və koda düşmüş kartların bərpası da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR