Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

img

03-07-2019 [16:33]


"Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov deyib.

O bildirib ki, Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb: "Təhsil Nazirliyi müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsini təsdiqləyib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Layihələri qalib gələn ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir".

Nazirlik rəsmisi qeyd edib ki, müsabiqədə layihəsi qalib olmayan şəxslər iyulun 7-də saat 18:00-dək [email protected] elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.

Qeyd edək ki, qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR