Unversiada-2019: Neapolda Azərbaycan bayrağı qaldırılıb

03-07-2019 [16:25]
İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Unversiadasına qatılan Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraq qaldırma mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyindən "Report”a verilən məlumata görə, tədbir Bakı vaxtı ilə saat 13:00-da Atletlər Kəndində baş tutub. Saat 23:00-da isə yerli "Napoli" futbol komandasının ev oyunlarını keçirdiyi "San Paulu" stadionunda Unversiadanın açılış mərasimi start götürəcək. Mərasim zamanı Azərbaycanın bayraqdarı cüdo üzrə gənclər arasında Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı Murad Fətiyev olacaq.  

Qeyd edək ki, XXX Ümumdünya Yay Unversiadası iyulun 14-dək davam edəcək.


SON XƏBƏRLƏR