Azərbaycanda əməliyyat aparan xarici şirkətə yeni baş maliyyə direktoru təyin edilib

03-07-2019 [13:53]
Azərbaycanın "Bahar-Qum-dəniz” blokunda hasilatla məşğul olan "Greenfields Petroleum Corporation” şirkətinə yeni baş maliyyə direktoru (Chief Financial Officer) və xəzinədar təyin edilib.

"Report” şirkətə istinadən xəbər verir ki, yeni CFO Sancay Svarup iyulun 1-dən vəzifəsinin icrasına başlayıb.

Bildirilib ki, o, Böyük Britaniya və Hindistanda müqaviləli mühasibdir. Həmçinin "SKS Business Services Limited” şirkətində baş icraçı direktor vəzifəsində çalışır. O, BP-nin Londondakı baş ofisində kəşfiyyat və hasilat bölməsində planlaşdırma departamentində də çalışıb.

"Greenfields Petroleum” baş ofisini də Hyustondan (Texas) bu şəhərin şimalında yerləşən Vudlandsa köçürüb.

Şirkət, həmçinin əsas boc aldığı şirkət- "Vitol Energy” ilə 10 mln. dollar məbləğindəki borcun ödənilməsinin avqustun 30-dək təxirə salınması ilə bağlı məktub imzalayıb.

Qeyd edək ki, "Greenfields Petroleum Corporation” Azərbaycanda əməliyyatlarını "Bahar Energy Ltd.” törəmə müəssisəsi vasitəsilə həyata keçirir. "Bahar” qaz və "Qum dəniz” neft yataqlarında əməliyyat aparan "Bahar Energy Ltd.” bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur.


SON XƏBƏRLƏR