Gürcüstanda bankda yanğın olub

03-07-2019 [13:42]
Gürcüstanın Kutaisi şəhərinin Müqəddəs Nino küçəsində yerləşən "Gürcüstan Bankı”nın ofisində yanğın baş verib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bankın əməkdaşları təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə üç yanğınsöndürmə briqadası cəlb olunub. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. 


SON XƏBƏRLƏR