Türkiyəyə sanksiya tətbiq olunacaq? - Ağ Ev Trampı yalanlayır

03-07-2019 [12:42]
Ağ Evin Türkiyəyə sanksiyalar tətbiq etmək və Ankaranı F-35 proqramından çıxarmaq planında heç bir dəyişiklik yoxdur.

Bu barədə "Röyter” agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

"Rusiyadan S-400 kompleksi alarsa sanksiyalara məruz qalacağı, F-35 proqramından çıxarılacağı, son dərəcə ciddi nəticələrlə qarşılaşmalı olacağı Türkiyəyə konkret şəkildə çatdırılıb”- bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü deyib.

Pentaqon təmsilçisi Mike Andrevs isə bildirib ki, məsələdə heç nə dəyişməyib: "Türkiyənin rus istehsalı olan kompleksi F-35 proqramı ilə uyğun deyil. Türkiyənin iki sistemə eyni anda sahib olmasına icazə verilə bilməz”.

Xatırladaq ki, G-20 sammiti zamanı ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib. ABŞ Prezidenti Donald Tramp görüşdən sonra bəyan edib ki, Türkiyə Rusiyadan S-400 kompleksi almağa məcbur olunub. O bu məsələdə sələfi Barak Obamanı günahlandırıb.

Prezident Ərdoğan isə G-20 sammitində ABŞ prezidenti ilə görüşündən sonra verdiyi açıqlamada bildirib ki, Tramp Türkiyəyə qarşı sanksiyaların olmayacağına dair mövqe bildirib/Teleqraf.com.


SON XƏBƏRLƏR