Trampla bağlı sensasion xəbər yayıldı - Putinin qəfil geri dönməsinin bununla əlaqəsi var?

03-07-2019 [10:23]
ABŞ-ın vitse-prezidenti Mayk Pens son dəqiqədə Nyu-Hampşir əyalətinə səfərini ləğv edib və aydın olmayan səbəblərə görə Ağ Evə dönüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidli ofisin kənarında toplanan bir qrup müxbirə "Nəsə baş verib, amma narahatlığa heç bir səbəb yoxdur", – deyib.

Daha sonra administrasiya səlahiyyətlisi bildirib ki, hadisənin "prezidentin və ya vitse-prezidentin sağlamlığı ilə tamamilə əlaqəsi yoxdur".

Lakin ABŞ mətbuatında, o cümlədən sosial şəbəkələrdə Trampın qəfil vəfat etməsi barədə iddialar və foto yayılıb.

Çox maraqlıdır ki, bu xəbərin yayıldığı ərəfədə Rusiya prezidenti Putin də daşqın zonasına səfərini yarımçıq qoyaraq, Sergey Soyqu ilə görüşmək üçün geri dönüb.

Bunun Trampla bağlı yayılan xəbərlə əlaqəsi olduğu güman olunur.


SON XƏBƏRLƏR