02-07-2019 [22:00]
Bu gün Qusar rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ərsəyə gəlmiş, tanınmış jurnalist və publisist Nəbi Rzayevin həyatından bəhs edən "Yaşamaqdan doymayanlar” sənədli filminin təqdimat mərasimi keçirilib.
Mia.az Şuraya istinadla xəbər verir ki, toplantını giriş sözü ilə Qusar Rayon İcra Hakiiyyəti başçısının müavini Elman Mustafayev açaraq Qusarda yaşamış və fəaliyyət göstərmiş jurnalist N.Rzayevin rayonun tanınmış ziyalılarından, söz adamlarından biri olduğunu vurğulayıb.
N.Rzayevi peşəsi üçün fədakarlıq nümunəsi kimi dəyərləndirən E.Mustafayev bildirib ki, mərhum jurnalistin həyat və yaradıcılığından bəsh edən sənədli film onun ruhuna olan böyük ehtiram, əməyinə verilən müstəsna qiymətdir. O, ekran işinin ərsəyə gəlməsinə kömək göstərənlərə təşəkkürünü yetirib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ömrünü-gününü jurnalistika peşəsinə, söz sənətinə sərf etmiş qələm adamları ilə bağlı sənədli filmlər çəkdiyini diqqətə çatdırıb. Bu baxımdan o, Qusar torpağının yetirməsi olan N.Rzayevlə bağlı ekran işinin də kifayət qədər uğurlu alındığına əminliyini ifadə edib.
"Belə düşünmək üçün əsaslarımız var. Çünki Nəbi Rzayevin həyatı həqiqətən də örnəkdir. Məhdud fiziki imkanlarına və hər zaman Qusarda – şəhər mühitindən kənarda yaşamasına baxmayaraq, Nəbi bütün stereotipləri alt-üst etmiş şəxsiyyət idi. O, istedadın necə böyük qüvvə olduğunu, heç bir sərhəd tanımadığını isbatlaya bilmişdi. Oçerkləri, məqalələri, esseləri bu dəyərli qələm sahibini respublikaya sevdirmişdi. Neçə-neçə sənət adamları, xalq artistləri, əməkdar artistlər Qusara gələrkən hər zaman Nəbi Rzayevi ziyarət edirdilər. Belə bir ehtiramı jurnalistə sənəti qazandırmışdı. Sənətini hədsiz sevirdi. Nəbi həyatı, yaşamağı da inanılmaz coşğu və ruh yüksəkliyi ilə sevirdi. Hesab edirəm ki, təqdimatına toplaşdığımız bu sənədli filmdə bunu göstərə bilmişik”, - deyən Ə.Amaşov tədbirin təşkilinə həssas yanaşıldığı üçün Qusar Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürünü bildirib.
Çıxışlardan sonra "Yaşamaqdan doymayanlar” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, N.Rzayev Qusar rayonunun Həsənqala kəndində anadan olub. Uşaq vaxtı düzgün edilməyən müalicədən sonra ömrünün axırınadək əlil həyatı yaşayıb. Buna baxmayaraq Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Ömrünün sonunadək Qusarda yaşayıb. Məqalələri, oçerkləri və hekayələri ölkənin ən nüfuzli mətbuat orqanlarında işıq üzü görüb. Yaradıcılığı ona bütövlükdə Azərbaycan cəmiyyətində, sənət cameəsində hədsiz populyarlıq qazandırıb. "Yaşamaqdan doymayanlar” sənədli filmində bu kimi məqamlardan, eyni zamanda N.Rzayevin ömür-gün yoldaşı Nazilə xanım fədakarlığından söz açılıb.
Onu da qeyd edək ki, "Yaşamaqdan doymayanlar” sənədli filminin ssenari müəllifi tanınmış jurnalist və publisist Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyeva, operatoru Rüstəm Paşadır.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb