Tbilisidə növbəti etiraz aksiyası başlayıb

img

02-07-2019 [21:12]


Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, sayca 13-cü olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiyada tribuna daha çox musiqiçilərə veriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR