Erməni hakim "Neftçi"nin oyununa təyinat aldı

img

02-07-2019 [20:21]


"Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi "Sperantsa” ilə səfər matçının təyinatları açıqlanıb.

Report xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR