Qeyri-OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı sazişin uzadılmasını dəstəkləyib

img

02-07-2019 [18:10]


OPEC-ə daxil olmayan neft hasil edən ölkələr Əməkdaşlıq Haqqında Uzunmüddətli Xartiyanı təsdiqləyiblər.

"Report”un "İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, bu xartiya gələcək tərəfdaşlığın fundamenti olmalıdır. O, OPEC nümayəndələrinə bu xartiyaya əllərini qaldırmaqla səs verməyi təklif edib. Xartiya yekdilliklə qəbul edilib.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falih də bildirib ki, qeyri-OPEC ölkələri də OPEC sazişinin 9 ay müddətinə uzadılması ilə bağlı qərara qoşulublar. O bildirib ki, sazişin 9 ay müddətinə uzadılması razılaşdırılıb və fiziki olaraq xartiya bütün OPEC+ ölkələri arasında imzalanıb.

"Biz sazişin uzadılmasına razılaşdıq”, - deyə əl Falih bildirib.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin iclası tam yekunlaşmayıb. Hazırda iclas kiçik heyətlə davam etməkdədir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR