Mayorka adasında mehmanxana yanıb, xeyli sayda zəhərlənən var

img

02-07-2019 [17:35]


İspaniyanın Mayorka adasındakı üç ulduzlu "Whala Beach” hotelində yanğın baş verib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, yanğın zamanı mehmanxananın 678 turisti və yaxınlıqdakı başqa bir hotelin də 136 müştərisi təxliyyə olunub.

Tüstüdən zəhərlənən 67 nəfərə ilk tibbi yardım göstərilib, onlardan 16 nəfəri xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan yanğınsondürmə briqadaları alovu tez bir zamanda söndürüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR