Gürcüstanda elektrik enerjisinin istehlakı istehsalı üstələyir

img

02-07-2019 [16:54]


"Gürcüstanda elektrik enerjisinin istehlakı istehsalı üstələyir”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri İrina Milorava parlamentin plenar iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisi istehlakı əvvəlki illərlə müqayisədə artır: "Yerli istehlakla bağlı orta artım 5 faiz təşkil edir. Elektrik enerjisinin istehsal həcmi isə 3,9 faiz artıb”.

İ.Milorava qeyd edib ki, ötən il Gürcüstanda doqquz yeni su elektrik stansiyası istifadəyə verilib: "Buna baxmayaraq, ölkənin elektrik enerjisi idxalı, təxminən, üç dəfə artıb. Bu, onu göstərir ki, Gürcüstanda elektrik enerjisi istehsalını daha da inkişaf etdirmək lazımdır”.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 539,670 mln. kilovatt/saat elektrik enerjisi idxal edib. Qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 87,88%-i Azərbaycanın payına düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR