Bu gün üç rayonda içməli su verilişi məhdudlaşdırılacaq

02-07-2019 [16:42]
Bu gün ölkənin 3 rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu”dan Mia.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.


SON XƏBƏRLƏR