Nigeriyada neft tankeri partlayıb, 50 nəfər ölüb, 70-i yaralanıb

02-07-2019 [16:27]
Nigeriyanın Benue əyalətində neft tankerində baş verən partlayış nəticəsində azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, bunu Benue əyalətinin məsul şəxslərindən biri olan Xristofer Avi bildirib.

Qeyd olunub ki, hadisə qəzaya uğrayan tankerdəki benzini sakinlər boşaltmaq istəyərkən baş verib.

Onun sözlərinə görə, partlayış nəticəsində ölənlərdən hazırda 50 nəfərin meyiti çıxarılıb, 70 nəfər yaralanıb və çoxlu sayda insan itkin düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinin ətrafındakı evlər kül olub.

Partlayışın səbəbi araşdırılır. 


SON XƏBƏRLƏR