Çempionlar Liqasının finalçısı ilyarımdan sonra ilk transferini reallaşdırıb

02-07-2019 [16:13]
İngiltərənin "Tottenhem" klubu ilyarımdan sonra ilk dəfə yeni futbolçu ilə müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Lids"dən Cek Klarkı heyətinə qatıb. 19 yaşlı hücumu ilə 2023-cü ilə qədər müqavilə bağlanılıb. Transferin məbləği 11 milyon avro olub. 

"Tottenhem" 2019/2020 mövsümü üçün oyunçunu "Lids"ə icarəyə verib.

Qeyd edək ki, Cek Klark ötən mövsüm komandasının heyətində mövsümün ən yaxşı oyunçusu seçilib. O, 25 oyunda 2 qol və 2 məhsulda ötürmə ilə yadda qalıb.

"Tottenhem" son mövsümdə Çempionlar Liqasının finalında digər İngiltərə təmsilçisi "Liverpul"a uduzub - 0:2.


SON XƏBƏRLƏR