Komitə 400-ə yaxın yaşayış binaları kompleksinin istismarına icazə verəcək

img

02-07-2019 [14:44]


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazələr verib.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fevralın 19-da "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzayıb: "Həmin fərmana uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 59 layihəni təsdiq edib. Bu isə 11 mindən artıq ailənin mənzil ilə təmin etmək deməkdir. Yəni, 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir".

Onun sözlərinə görə, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq: "Amma onu da qeyd edim ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR