Avstraliyada 2014-cü ildən bəri 16-cı terror aktının qarşısı alınıb

img

02-07-2019 [14:11]


Avstraliyanın təhlükəsizlik xidmətləri Sidney şəhərində İŞİD adından bir neçə terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən 3 nəfəri həbs edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avstraliya polisinin komissarının köməkçisi Yen Makkartni bildirib.

Onun sözlərinə görə, bu, 2014-cü ilin sentyabrında təhdid səviyyəsinin artırıldığı zamandan sonra sayca 16-cı qarşısı alınmış terror aktıdır.

Təhlükəsizlik xidmətlərinin məlumatına görə, şübhəlilər Müdafiə Nazirliyi, polis, məhkəmələr, kilsələr və diplomatik missiyaların obyektlərinə hücum etmək niyyətində olublar. Ancaq hücumların planlaşdırılması erkən mərhələdə olduğundan şübhəlilər hələ odlu silah və partlayıcı maddələri almağa imkan tapmayıblar.

Həbs olunanlardan biri - 20 yaşlı gənc Livandan qayıtdıqdan sonra bir il ərzində polis izləməsi altında olub. Ona ömürlük həbs cəzası verilə bilər. Həbs olunan digər şübhəli İŞİD qruplaşmasının üzvü olub, o, 10 ilədək məhkum edilə bilər. Üçüncü şübhəli isə saxta yollarla işsizlik müavinəti almağa çalışaraq vəsait toplamaqla məşğul olub.

Həbs edilənlərin artıq iyulun 3-də Sidneydə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR