Donald Tramp Əfqanıstandan qoşunların çıxarılmasından sonra kəşfiyyatı saxlamaq niyyətindədir

img

02-07-2019 [14:03]


"Əfqanıstandakı hərbçi sayını əhəmiyyətli dərəcədə azaltmalıyıq. Amma orada çox güclü kəşfiyyat saxlayardım".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

Birləşmiş Ştatlar rəhbərinin sözlərinə görə, Əfqanıstan çoxsaylı yaxşı sığınacaqlar olan ölkədir və onu diqqətdə saxlamaq lazımdır.

Xatırladaq ki, ötən ilin dekabr ayında Tramp administrasiyası Əfqanıstandan qoşunların çıxarılmasını planlaşdırırdı, lakin bu təklif respublikaçı qanunvericilər tərəfdən ciddi müqavimətlə qarşılandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR