Rusiyadan Çexiyaya aviareyslər ləğv edilib

02-07-2019 [13:21]
Rusiyanın "Aeroflot” qrupuna aid olan "Pobeda” adlı kiçik büdcəli təyyarə şirkəti Moskvadan Çex Respublikasının məşhur Karlovi Vari kurort şəhərinə uçuşlarını ləğv edib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən ötən gün Çex Respublikası tərəfindən müvafiq tələb aldıqlarını bildiriblər.

Bundan əvvəl Çex Respublikası qurumlarının icazələri ləğv etməsi nəticəsində həmçinin Rusiyanın "Aeroflot” və "Ural Airlines” şirkətləri də həmin ölkəyə uçuşları dayandırmaq barədə qərar veriblər.


SON XƏBƏRLƏR