UEFA: MDB klublarının Rusiya Premyer Liqasında iştirakı məsələsinə baxıla bilər

img

02-07-2019 [13:12]


UEFA Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin klublarının Rusiya Premyer Liqasında iştirak etmək ehtimalına münasibət bildirib.

"Report" RBK-ya istinadən xəbər verir ki, qurum milli futbol federasiyaları ilə razılığa gəlindiyi təqdirdə belə bir təklifi nəzərdən keçirməyə hazır olduqlarını qeyd edib.

"Daxili yarışlar Avropa futbolunun təməlidir. Bəzi hallarda transmilli yarışların olmasına baxmayaraq, hazırda heç bir konkret təklif yoxdur. Belə bir fikir və ya təklif UEFA tərəfindən yalnız milli assosiasiyalar, klublar və liqalar tərəfindən təqdim edilərkən müzakirə olunacaq. Çünki bu, Avropa bölgələrində strateji hadisə ola bilər" - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, daha öncə Rusiya MOİK-inin prezidenti Yevgeni Qiner Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasından sonra Premyer Liqaya xarici komandalar dəvət edərək çempionatı genişləndirmək fikrini dilə gətirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR