Penitensiar Xidmətin bölük komandiri rüşvət almaqda ittiham edilir

img

02-07-2019 [13:00]


Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin bölük komandiri, rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə ifadə verən K.Həsənov özünü təqsirli bilmədiyini, ittihamı qəbul etmədiyini bildirib.

K. Həsənov həmin əsgərlərə həftə sonu şəhərə çıxmaq üçün buraxılış vərəqəsi vermək üçün hər əsgərdən 30-40 manat məbləğində rüşvət almaqda ittiham olunur.

K. Həsənov ifadəsində deyib ki, əsgərləri şəhərə buraxan zaman hərbi biletlərini onların özünə verib və heç bir əsgərdən şəhərə buraxılış üçün pul almayıb.

K. Həsənov əlavə edib ki, ona ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb: "Əsgərlərdən biri o birinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyatı yox idi".

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.

Proses iyulun 9-da davam edəcək.

K.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR