Ərdoğan "getmə" dedi, sabiq nazir isə hallalıq istədi

img

02-07-2019 [12:03]


"Hürriyet” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi "Ərdoğana tələ qurmaq istəyirlər”  başlıqlı məqalıəsində maraqlı məqamlara toxunub.

Mia.az xəbər verir ki, o, məqaləsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçmiş İqtisadiyyat naziri Əli Babacan arasında ikincinin yeni partiya qurması ilə bağlı söhbəti qələmə alıb.

Müəllif iddia edir ki, Ərdoğan az əvvəl Əli Babacanla görüşüb və ona "Partiyada qal, getmə, birgə işlər görək” deyib. Lakin Babacan prezidentin təklifinə mənficavab verib: "Mən artıq halallaşma mərhələsindəyəm. Sizə məlumat verməyə gəldim. AKP-dən qopmuşam, yaxın zamanda istefa verəcəyəm”.

Babacanın söhbətdə yaxın vaxtda partiyasını elan edəcəyini də dediyi vurğulanıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR