V Respublika fənn müsabiqələrinin qalibləri bəlli oldu

img

02-07-2019 [11:28]


Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, hər bir fənn üzrə ən yaxşı nəticə göstərən 5 şagird I, 10 şagird II, 15 şagird isə III yerə layiq görülüb.

Müsabiqələrin mükafatlandırma mərasimi növbəti tədris ilinin əvvəlində keçiriləcək.

Məlumatda o da bildirilib ki, müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.

Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR