“Nar”-ın 4G şəbəkəsi artıq Ağdam, Füzuli və Goranboyda!

img

02-07-2019 [19:38]


Daha geniş əhali kütləsini yüksəkkeyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən "Nar”, mobil baza stansiyalarının sayını artırmağa davam edir.

 Belə ki, mobil operator ilk yarımildə ölkə ərazisində 50-dən çox 3G və 380-dən çox yeni 4G mobil baza stansiyasını istifadəyə verib. Bununla da, "Nar” 3G şəbəkəsi ölkə əhalisinin 97.6%-ni, 4G şəbəkəsi isə əhalinin 70%-ni əhatə edir. Qeyd edək ki,mobil operator Ağdam, Füzuli, Goranboy və Samux rayonlarında ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyalarını quraşdırıb.

"Nar” ölkə boyuyeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 45-dən artıq 4G baza stansiyasında avadanlıqlar yenilənib. Bundan başqa, mobil operator baza stansiyalarının şəbəkə tutumunu da genişləndirib. 

"Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, "Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR