Mədət Quliyev müavininin yaxın qohumunu işdən çıxardı: növbədə kimdir? -Maraqlı iddia + FOTOLAR

img

01-07-2019 [23:41]


Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub. 

Bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Unikal.org-un araşdırmasına görə, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin  olunduqdan sonra qurumda artıq ciddi islahatlara başlayıb. 

Nazir rəhbəri olduğu qurumda korrupsiyada, qohumçuluqda adı hallanan şəxsləri vəzifəsindən azad etməyə başlayıb. Nazirlikdə bəzi məmurlara isə xəbərdarlıq edib. 

Sabiq nazir Yavər Camalovun vəfatından sonra, müdafiə sənayesi naziri postuna gətiriləcəyi deyilən Yəhya Musayevin qohumu Üzeyir İsmayılovu Mədət Quliyev müvafiq əmr ilə vəzifəsindən kənarlaşdırdı. Ü.İsmayılov Y.Camalovun qardaşı Əlikram Camalovun kürəkənidir.

İstisna edilmir ki, M.Quliyev bundan sonra adı dəfələrlə korrupsiya qalmaqalında hallanan, müavini Yəhya Musayevi də vəzifəsindən kənarlaşdıracaq.

Məlumatda o da iddia olunur ki, qarşıdakı günlərdə Y.Musayevin özünün də vəzifədən alınacağı gözlənilir.

Hətta bir müddət əvvəl Yəhya Musayev və onun oğlu Elvin Musayevin dəyəri 100 min dolları aşan avtomobillərlə gündəmə gəlməsi də xatırlanıb

Fotolarda göründüyü kimi, Elvin Musayev dəyəri 100 min dollardan yuxarı olan avtomobillər idarə edir. Bununla yanaşı, Musayevin oğlu qiyməti yüksək olan bahalı avtomobil nömrələri ilə də tanınır. Bildirilir ki, nazir müavini Yəhya Musayevin oğlu Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarını "123”-lə bitir, hətta bu siyahıya onun 100 min dollara aldığı telefon nömrəsi də əlavə edilir. 

Məhz yuxarıda sadaladığımız səbəblərdən Y.Musayevin nazir müavini kimi postundan göndərilməsi istisna edilmir.













Digər xəbərlər
SON XƏBƏRLƏR