Zakir Həsənov Minskə gedir

img

01-07-2019 [17:36]


Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin Mətuat xidmətindən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR