Azərbaycanın biznesmenləri Hindistana səfər edəcək

img

01-07-2019 [16:19]


Azərbaycanın biznes nümayəndələrinin Hindistana səfəri nəzərdə tutulur.

Bunu AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən səfər ya ixrac missiyasının təşkili, yaxud da biznes forumun Hindistanda keçilməsi formatında baş tuta bilər: "Bu, müzakirə predmetidir. Həmin səfərin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində reallaşmasını düşünürdük. Lakin bu məsələ həm də Hindistandan asılıdır".

O, növbəti Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclası ilə bağlı da danışıb və əlavə edib ki, iclasın bu ilin sonunda Hindistanda təşkil olunacağı gözlənilir, bu istiqamətdə danışıqlar aparılır.

O əlavə edib ki, avqustda Bakıda növbəti işgüzar görüş keçiriləcək və bu istiqamətdə danışıqlar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR