Monitorinq Komitəsi OPEC+ sazişinin 9 ay müddətinə uzaldılmasını dəstəkləyib

01-07-2019 [14:36]
OPEC+ Monitorinq Komitəsinin iştirakçı ölkələri bu gün keçirilən iclasda iyulun 1-dən növbəti 9 ay müddətinə neft hasilatının azaldılması ilə bağlı sazişin uzaldılmasını dəstəkləyib.

TASS-ın məlumatına görə, bu barədə Yaxın Şərqdən olan nümayəndə heyətindəki mənbə bildirib.

"Hər kəs bu sazişin 9 ay müddətinə uzadılmasını dəstəkləyib”,- müsahib bildirib. Digəri isə təsdiqləyib ki, sazişi bu müddətdə uzatmağı məsləhət görmək istəyirlər.

Qeyd edək ki, OPEC+ Monitorinq Komitəsinə 8 ölkə daxildir. Bura Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Əlcəzair və Qazaxıstan daxildir/Report. 


SON XƏBƏRLƏR