"Paraşok"un içində 2 kq narkotik gizlədən şəxs tutuldu

01-07-2019 [13:44]
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və yoxlama aparılıb.

Komitədən Mia.az-a verilən məlumata görə, vətəndaşın əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

Nəticədə bir ədəd zənbildəki qarışıq ərzaq yüklərinin yanında olan iki ədəd yuyucu toz qutularının içərisindən gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan bağlamada, ümumi çəkisi 1998,8 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR