"Oraya nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir" - Əbülfəs Qarayev

01-07-2019 [13:39]
"Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu, yolverilməzdir".

Bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: "Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik".


SON XƏBƏRLƏR