Pənah Hüseyn İmam Mustafayevin 26 il əvvəlki yazısını paylaşdı: "Abbas Abbasov etiraz etdi..."

01-07-2019 [12:59]
Elçibəy iqtidarının Baş naziri olmuş Pənah Hüseyn akademik İmam Mustafayevin 10 iyun 1993- cü il tarixli yazısından hissələri paylaşıb.

Mia.az həmin yazını təqdim edir:

***

Prezident Ə. Elçibəy, Parlament sədri İsa Qəmbər və Baş Nazir Pənah Hüseyn 5- 9 iyun 1993- cü il günlərində. 

...Mən ona telefon açdım. E. Məmmədov qəti şəkildə imtina etdi və imtinasını da onunla əsaslandırdı ki, onlar (yəni biz- P. H.) bir neçə dəfə onu komissiyaya daxil etmişik, ancaq sonra əleyhinə təxribat kimi istifadə etmişik. (orginal mətndə- "potom profotsirovali”) Odur ki, ,o imtina edir.

Prezident Aparatından çıxmazdan əvvəl bəz eşitdik ki, Bakıda Surət Hseynovun qardaşı və başqa bir qohumu saxlanılıb. Biz prezidentə müraciət etdik ki, o, saxlananları azad etsin və biz onları özümüzlə götürək. İ. Qəmbər qəti şəkildə qarşı çıxdı və bildirdi ki, onlar repsbublikanın baş prokurorunu və bizim dövlət xadimlərini buraxmayana qədər biz onları buraxmayacağıq. Onda mən bildirdim ki, siz günahsız adamları saxlamısınız ki, dəyişəsiniz ki, bu doğru deyil. Və əgər siz onları azad etməsəniz ki, onları özümüzlə götürək..o halda mən ora getmirəm, özünüz gedin...

...Nəhayət ki, 1993- cü ilin 6 iyunu, S. Hüseynovun saxlanılmış qohumlarını Nazirlər Kabinetinin həyətinə gətirdi. Qohumlardan biri qaldı, Surət Hüseynovun qardaşı bizimlə getdi...

...Komissiya gəncəyə gəlib əmin olandan sonra ki, bu hadisələrdə qarşı tərəf (yəni hakimiyyət –P.H.) günahkardır, Respublikanın Prezidentdən dəfələrlə xahiş etdik ki, kütləvi informasiya vasitələrinə Gəncə hadisələri haqqında heç nə verilməsin. Lakin Prezident və onun ətrafı Komissiyanın tövsiyəsini qulaq ardına vurdular. 7 iyunda axşam tez – tələsik hakimiyyət orqanları , nazirlik və idarələrin nümayəndələrinin geniş əhatəli iştirakıilə müşavirə keçirdilər. Həmin müşavirədə ağılları qarışdırmaq və adamların övqatına psixoloji təzyiq üçün hər vəchlə hərbi hissəyə quldur basqını olduğunu sübut etsinlər. Bu komissiyanən ədalətli informasiyasını qabaqlamaq və özləri tərəfində təşkil edilmiş və həyata keçirilmiş qanlı faciəni haqqında həqiqətin adamlara çatmasının qarşısını almaq üçün olan addım idi..

.. Bizi qəzəbləndirən hal o idi ki, 7 si gecə televiziyalar və 8- i dərc edilən bütün qəzetlər təxribatçı yalan informasiyalarla doldurulmuşdu. 

Prezident bilirdi ki, biz ayın 7- si artıq Bakıya qayıtmışdıq, bizdən kimisə dinləməyə lüzum bilmədiə tələm tələsik respublikanın rəhbər işçilərinə və kütləvi infornasiya vasitələrinə çatdırdı komissiyanın obyektiv məlumatına yolu bağlansın.

8 –iyunda səhər saat 9 30- da bütün komissiya üzvləri baş nazirin müavini A. Abbasovun yanında Prezidentin qəbuluna getmək və komissiyanın bütün üzvləri tərəfindən imzalanmış arayışı təqdim etmək üçün Pezidentin qəbuluna getmək məqsədi ilə toplandılar. 

A. Abbasov Prezidentin köməkçisi və onun şəxsən özü ilə əlaqə yaradana qədər yarım saat keçdi. 

Nəhayət, dedilər ki, prezident bizi öz iqamətgahında qəbul edəcək və biz dərhal ora yollandıq. İqamətgahın girişində bizim hamımızı ayaqdan başa, əzələ, bədən və ətraf orqanları əzə- əzə yoxlamadan keçirdilər. A.Abbasov etirazını ifadə etdi ki, Baş Nazirin birinci müavinini dəmi axtaracaqsınız, üzr istədilər və dedilər ki, göstəriş yerinə yetirirlər. (bu rezidensiyada biz M. C. Bağırovla dəfələrlə görüşlərimiz olub, lakin heç kim, heç vaxt bizi yoxlamayıb)

Prezident Elçibəy bizi qonaq zalında qəbul etdivə stola arxasına dəvət etdi. Biz 11 nəfər komissiya üzvü və Prezident Rlçibəy stol arxasında əyləşdik və hazırladığımız arayışı oxumaq üçün ona təqdim etdik ki, oxuyub 4 iyunda Gəncədə nə baş verdiyi haqqında təsəvvürü olsun. Lakin Prezident arayışın elə ilk abzaslarından əsbi reaksiya verdi, vergül nöqtəyə irad tutmağa, Sabir Rüstəmxanlını danlamağa başladı ki, sən ki, ədəbiyyatçısan, necə arayışda belə orfoqrafik səhvlərə buraxa bilərsən? Ona cavab verildi ki, söhbət ədəbiyyatdan diktant dərsindən getmir, günahsız insanların məhvindən, dövlət orqanları tərəfindən törədilmiş fitnəkar qardaş qırğını əməliyyatından gedir, o, isə vergül söhbəti edir. Komissiyanın arayışının hər bir abzasına qarşı onun əsassız, doğru olmayan etirazları və təklifləri var idi.

 Nəhayət o, komissiyanın arayışını zay çıxaracaq belə bir arqument tapdı ki, komissiya digər tərəfin rəyini yazmayıb. Ona izah etdik ki, bizə digər tərəf məlum deyil. (onlar kimlərdən ibarətdir?), o şəxslər ki, adamları qırıblar, onlar da aradan çıxıblar və burda Bakıdadırlar.Həmçinin MN, DİN, MTN rəhbərləri də burda Bakıdadırlar. Ancaq onların Gəncədə əməliyyat keçirən müavinləri Gəncədədirlər, saxlanılıblar və komissiya onlarla ətraflı söhbət aparıb. Onlar bu faciəli, qanlı əməliyyatda iştirak etdiklərini etiraf etmək istəmirlər, Gəncədə olmalarının rolu barədə isə cürbəcür nağıllar danışırlar.
Prezident və Komissiya arasında bizim arayışa dair mübahisə 5 saat davam etdi. Əsassız qaldırılan mübahisələr komissya üzvlərini qeyzləndirirdi. Biz komissiya üzvlərinə televiziyada çıxış edib xalqa baş verənləri çatdırmağı istəyirdik. Lakin Prezident qəti şəkildə etiraz etdi və yalnız belə bir-iki abzaslıq informasiyanın verilməsi ilə razılaşdı ki, komissiya qayıdıb və Prezidentə gördüyü işin nəticələri haqqında arayışı təqdim edib.

Lakin Surət Hüseynov və 709 saylı hərbi hissə əleyhinə Arif Əliyev tərəfindən rəhbərlik edilən prezident mətbuat xidmətinin ittihamlar seli artan kəskinlik və təkzibsiz şəkildə davam etdirilirdi. 

Biz 4 saatdan çox müddətdə prezidentin yanında oturub qalarkən Milli Məclisdə bizim informasiyamızı gözlədiklərini bilmirdik. Sən demə orda səhərdən komissiya və onun fəaliyyəti haqqında təxribatçı şaiyələr yayılırmış. Bizim Milli Məclisdə görünməyimiz böyük təəccübə səbəb oldu və dərhal tələb etdilər ki, görülmüş iş haqqında informasiya verək. Mən səfər haqqında qısa məlumat verdim və təklif etdim ki,bizim komissiyanın hazırlayıb Prezidentə təqdim etdiyi arayış oxunsun. Arayışı komissiyanın üzvü S. Rüstəmxanlı oxudu. Sonra mənim bəzi suallara cavab verməyimi istədilər. Lakin, arayışın obyektivliyinə şübhə ifadə edən, birtəfəli hazırlandağı bildirilən, digər tərəfin (məlum deyil hansı tərəfin) rəyinin əks olunmadığını və s. irəli sürən çıxışlar etməyə başladılar. Rəhbərliyin ayrı- ayrı tərəfdarlarının çıxışlarından görünürdü ki, onlar Ruiya və digər xarici ölkələr və kəşfiyyatlar tərəfindən hazırlanan və ruhlandırılan düşmənin mövcudluğu fikrindən əl çəkmək istəmirdilər. "Düşmən” haqqında yaradılan mif dağılmalı deyildi. Odur ki, dünən gecə Prezident yanında yaradılmağa başlanan və bir çox qəzetlərdə çap olunmuş informasiya Milli Məclis üzvlərini və iştirakçılarını çaşğınlığa salmışdı.

Milli Məclisdə üzvlərindən başqa bir çox dəvət olunan şəxslər, Milli Məclis üzvü olmayan deputatlar iştirak edirdilər. Çoxsaylı ziddiyətli çıxışlardan və izahatlardan sonra mən söz istədim və tribunadan dedim ki,urət xalqın düşməni deyildir. O. Ali Sovetin deputatıdır, milli qəhrəman adına layiq görülmüşdür, Qarabağ cəbhəsinin komandanı , Prezidentin fövqəladə və səlahiyyətli nümayəndəsi olmuşdur. O heç kimin üzərinə hücum etməmişdir, əksinə siz onun üstünə hücum etmisiniz və indi dəözünüzə bəraət verib onu günahlandırmaq istəyirsiniz. Çıxışımın sonunda dedim ki, belə iclasda bu şəraitdə iştirak etmək istəmirəm və iclas zalını tərk etdim.

Sonra televiziya verlişindən aydın oldu ki, komissyanın bir neçə üzvü və bir neçə də Milli Məclis üzvü çıxış etdi. Bu məsələnin müzakirəsi 9 iyunda Milli Məclis binasının silahlı və silahsız AXC üzvləri tərəfindən piketi, habelə iclas zalında hərbi formalı, avtomatlı şəxslərin, o cümlədən qadınların olması şəraitində davam etdirildi. Komissiya üzvü A. Abbasov suallara cavab verdi və sonra komissiya üzvlərinin və Milli Məclis üzvlərinin çıxışları davam etdirildi.

 Komisssiya üzvü F. Maqsudov, A. Manafova, S. Rüstəmxanlı, Əli- zadə və başqaları ətraflı izahatlarlaçıxış etdilər. F. Quliyev və bir sıra digər AXC üzvləri çıxış edən komissiya üzvlərinə hücum edib onların obyektiv rəylərini ləkələməyə çalışdılar. Üzun qarşılıqlı yamanlamadan, qışqırtıdan sonra Milli Məclis hələ məhkəməy verilməmiş şəxslərə amnistiya verilməsi vəhər iki tərəfdən qoşunların hərəkətinin dayandırılması haqqında qərar qəbul etdi. Keçmiş respublika prokurorunun müavini M. Mütəllimov başda olmaqla, tərkibinə Prezidentin və Gəncə ictimaiyyətinin nümayəndələrinin cəlb edilməsi hüquq ilə deputat istintaq komissiyası yaradıldı.

Dünənki iclasdan sonra Ali Sovetin binasından çıxan komissiya üzvləri (F. Maqsudov və b.), deputatlardan R. Qazıyev, T.Orucov, A. Əlizadə , həmçinin onun qardaşı Z. Əlizadə və başqaları AXC fəalları tərəfindən döyüldülər...

Mia.az


SON XƏBƏRLƏR