Qubada yol qəzası olub, 4 nəfər xəsarət alıb

01-07-2019 [12:24]
Quba rayonunda yol qəzası baş verib.  

"Report"un Şimal bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Qəçrəş kənd sakinləri - 1980-ci il təvəllüdlü Təşəkkür Hacıyev, 2014-cü il təvəllüdlü Zəhra Bəhram qızı Ədilova, 1964-cü il təvəllüdlü Fərizə Mövlud qızı Ədilova və 1991-ci il təvəllüdlü Gülnaz Malik qızı Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR