“Hümbət Həsənoğlunun Aforizmləri-2” kitabı işıq üzü gördü

img

29-06-2019 [12:54]


Sumqayıtlı yazarın yeni,  "Hümbət Həsənoğlunun Aforizmləri-2” kitabı "Qanun" nəşriyyatı tərəfindən işıq üzü görüb.

Kitabda müəllifin 1400-ə qədər aforizmi toplanıb. 

Qeyd edək ki, Aforizmlər ədəbiyyat janrının ən çətin sahəsi olduğundan bu sahəyə nadir yazarlar baş vurur. Çünki aforizmdə yazar bir-iki cümlə ilə bəzən böyük bir əsərin ideyasını ifadə edir. Odur ki, aforizm yazan şəxsin istedadı ilə yanaşı, yüksək intellekti, savadı və dünyagörüşü də olmalıdır.

Məlumat üçün bildirək ki, bu, müəllifin 6-cı kitabıdır. İndiyə qədər Azərbaycan dilində üç kitabı – "Kəpənək xoşbəxtliyi”, "Statusman” və "Aforizmlər”, Türkiyədə isə 2 kitabı – "Aforizmalar” və "Kelebek mutluluğu” ("Kəpənək xoşbəxtliyi”) işıq üzü görmüşdür. İxtisasca göz həkimi olan müəllifin əsərlərində bol-bol həyat sevgisi, pozitiv ruh və optimizm mahiyyət kəsb edir.

Kitabları Bakı şəhər kitab mağazalarından əldə edə bilərsiniz. 

Digər xəbərlər
SON XƏBƏRLƏR