Tramp "Ərdoğan çətin adamdır" dedi, türk lider "Sanksiya olmayacaq" mesajı verdi - Osakadan ilk siqnallar

29-06-2019 [13:17]
"ABŞ Türkiyəyə sanksiya tətbiq etməıyəcək, bunu Trampın dilindən eşitdik".

Mia.az xəbər verir ki, bunu G20 sammiti çərçivəsində brifinq keçirən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ prezidenti Donald Trampla Osakada ilk təmasda müzakirə edilən məsələlərlə bağl suala cavab verərkən deyib.

Ərdoğan bildirib ki, S-400-lə bağlı məsələ bitib: "Rusiyadan aldığımız S-400 raketlərinin təslim edilmə ərəfəsində anlaşmanı pozmaq Türkiyə kimi bir dövlətə yaraşmaz. Bu məsələ bitdi".

Tramp isə brifinqdə deyib ki, S-400-lə bağlı fərqli bir həll yolu tapıla bilər.

Tramp deyib ki, Türkiyəyə səfər planlayıb: "Amma tarix dəqiq deyil".

Tramp bir daha Türkiyənin ABŞ-ın yaxın dostu olduğunu deyib və S-400-lərlə bağl problemin Obama iqtidarının günahı üzündən yaranığını bildirib: "Ərdoğan çətin bir adamdır, ancaq onun günahı yoxdur. Patriot raketlərini o vaxt Obama iqtidarı Türkiyəyı satmadı.  Türkiyə bu məsələdə ədalətli davranılmadı. Halbuki Türkiyənin bu raketlərə ehtiyacı vardı. Satmadılar, onlar da gedib Rusiya ilə anlaşdılar".

Onu da qeyd edək ki, G-20-də iki lider ikitərəfli münasibətlərlə yanaşı, Suriya problemi də əsas mövzu olub.

Gözlənilir ki, bu gün tərəflər təkbətək görüşdə daha geniş müzakirə aparacaqlar.

Mia.az



SON XƏBƏRLƏR