MTRŞ 3 şirkətə müddətsiz lisenziya verdi

28-06-2019 [23:50]
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Mia.az-a verilən məlumata görə, iclasda "SELNET” MMC, "MEGALİNK” MMC və "BULUD STORE” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciətlərinə baxılıb.

Hər üç şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.


SON XƏBƏRLƏR