ABŞ-da təyyarə evə düşüb, iki nəfər ölüb

28-06-2019 [23:57]

ABŞ-ın Şimali Karolina ştatında kiçik mühərrikli təyyarə evə düşüb.

"Report” "New York Post'a istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Houp Millz şəhəri yaxınlığında baş verib.

Hadisə nəticəsində pilot və ev sakinlərindən biri ölüb. Daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.



SON XƏBƏRLƏR