İspaniyada günvurmadan daha bir nəfər ölüb

28-06-2019 [23:36]
İspaniyanın bəzi bölgələrində 40 dərəcədən artıq olan istilər daha bir nəfərin ölümünə səbəb olub.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Valiadolid şəhərində küçədə, ehtimala görə, istilik vurması səbəbindən 93 yaşlı bir kişi dünyasını dəyişib.

Yerli KİV xəbər verir ki, Mursiya şəhərində 45 yaşlı bir nəfər də günvurmadan xəstəxanaya yerləşdirilib. Səhər saatlarında isə Kordova şəhərində eyni səbəbdən 17 yaşlı gənc ölüb.

Ölkənin 13 muxtar bölgəsinin 34 əyalətində kəskin istilər barədə xəbərdarlıq qüvvədə qalır. Dövlət Meteorologiya Agentliyi Kataloniya, Navarra, Araqon, Rioxa muxtar bölgələrində havanın hərarətinin 42 dərəcəyə çata biləcəyini açıqlayıb. Kataloniyanın Tarraqona əyalətində davam edən yanğın nəticəsində artıq 6,5 min hektar meşə məhv olub.


SON XƏBƏRLƏR