Baş nazir: "Tbilisidəki aksiyada güc tətbiqinin qanuniliyini bütün beynəlxalq təşkilatlar və tərəfdaşlar təsdiqləyir"

img

28-06-2019 [22:46]


"Tbilisidə parlament yaxınlığında gücün tətbiqi qanuni olub. Belə ki, digər yol mövcud deyildi".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze iyunun 28-də keçirdiyi brifinqdə bildirib.

Hökumət başçısı deyib ki, gücdən istifadənin qanun çərçivəsində olduğunu bütün beynəlxalq təşkilatlar təsdiq edir: "Bizim tərəfdaşlar da bunun qanuni olduğunu təsdiqləyirlər. Bununla yanaşı, cəmiyyətin bir qismində konkret polis əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi ilə bağlı suallar var. Bununla bağlı olduqca şəffaf araşdırma aparılır. Prosesdə xalq müdafiəçisi də iştirak edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR