Ermənistan hərbçisi bıçaqlanıb

28-06-2019 [22:33]
Ermənistan Müdafiə Nazirliyinin müqavilə əsasında xidmət edən 25 yaşlı hərbçisi ürək nahiyəsindən bıçaqlanıb.

"Report” xəbər verir ki, məlumatı "Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Ermənistanın Armavir vilayətinin Şaumyan kəndində baş verib. 5 gənc kəndli hərbçiyə irad tutublar. Bundan sonra onlar arasında mübahisə yaranıb. Onlardan biri hərbçini bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


SON XƏBƏRLƏR