Belarus 705 min ton çirklənmiş nefti ərazisindən çıxarıb

img

28-06-2019 [17:10]


26 iyunadək Belarusun ərazisindən 705,2 min ton çirkli nefti çıxarılıb.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirinin müavini İqor Lyaşenko bildirib.

O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində avqustun 15-dək çirklənmiş neft keyfiyyətli neftlə tam əvəz olunacaq. Belarusun neft kəmərlərində ümumilikdə 1,2 mln. ton çirklənmiş neft olub.

Qeyd edək ki, aprelin 18-də Mozır neft emalı zavodunda neftdə orqanik xloridin çox olması aşkarlanıb. Həmin neft Samara vilayətindən daxil olan neft olub. Avropaya Drujba kəməri ilə neft nəqli dayandırılıb. İyunun 9-dan isə bu kəmərlə neft tranziti bərpa edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR