İran XİN: Vyana görüşü nüvə razılaşmasını xilas etməyin son imkanı ola bilər

img

28-06-2019 [16:11]


İran nüvə proqramına dair Müştərək Əhatəli Planın (MƏP) yerinə yetirilməsi üzrə birgə komissiyanın bu gün Vyanada keçiriləcək iclası həmin razılaşmanı xilas etmək üçün son imkan ola bilər.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Abbas Musəvi bildirib.

O deyib: "Fikrimcə, bu iclas razılaşmada qalan iştirakçılar üçün MƏP çərçivəsində öhdəliklərini necə yerinə yetirəcəkləri barədə düşünüb daşınmaq üçün son imkan ola bilər”.

XİN rəsmisi qarşıdakı görüş zamanı nüvə razılaşması iştirakçılarının "əvvəlki bəyannamələrdən və dərc olunmuş bəyanatlardan başqa, razılaşmalara sadiq olduqlarına İranı inandırmaq üçün gerçək və səmərəli addımlar atacaqlar”ına ümidvar olduqlarını bildirib.

Qeyd edək ki, Vyana görüşü zamanı İran, Çin, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, habelə Avropa İttifaqı nümayəndələri MƏP iştirakçıları sırasını tərk etmiş ABŞ-ın sanksiyaları üzündən razılaşmanı düşdüyü təhlükədən xilas etməyin yollarını müzakirə edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR